ABŞ-ın Qualcomm şirkəti Britaniyanın CSR çip istehsalçısını 2,5 milyard dollara satın almaq haqda razılaşma imzalayıb. Bu haqda şirkətdən bildirilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, sazişin şərtlərinə əsasən, CSR-in səhmdarları səhm üçün nağd şəkildə doqquz funt-sterlinq alacaqlar.
Şirkətə sahiblənmək hüququna, həmçinin Qualcomm-un rəqibi - Microchip Technology mübarizə aparıb. Bu ilin avqustunda Britaniya şirkəti sazişin qiymətində fikir ayrılığı səbəbindən Microchip-in təklifindən imtina edib.
CSR - Britaniyanın mikroelektronika hazırlanması üzrə ixtisaslaşmış şirkətidir. Şirkət Bluetooth, GPS, radio, Wi-Fi sahələrində məhsullar istehsal edir.
Milli.Az