Ayan Babakişiyeva: "Çünki sevgilim..."

16 Oktyabr 2014 13:45
Müğənni Ayan: "Qadın üçün seksuallıq və intellekt önəmli deyil"
 "İndiki ağlım olsaydı, yaşamalı olduqlarımı yaşayardım"
 
Milli.Az xəbər verir ki, müğənni Ayan Babakişiyeva ailəm.az-ın "O..." layihəsində sualları cavablandırır.
 
- Evlilik, yoxsa subaylıq?
 
- İkisi birində.
 
- Ailə, yoxsa karyera?
 
- Ailə.
 
- Ana olmaq, yoxsa olmamaq?

 
- Əlbəttə ki, ana olmaq.
 
- Gəncə, yoxsa Bakı?
 
- Gəncə.
 
- Məşhur olmaq, yoxsa olmamaq?
 
- Olmamaq.
 
- "Dodge", yoxsa "Nissan"?
 
- "Toyota".
 
- Avtomobili daha yaxşı kim idarə edir: kişi, yoxsa qadın?
 
- Baxır, hansının kefi yaxşıdır.
 
- Hansı istirahəti seçərdiniz: serial, kino, yoxsa kitab?
 
- Kitab.
 
- "Instagram", ya klassik fotoalbom?
 
- "Instagram".
 
- Qadın üçün ən çox hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?
 
- Heç biri.
 
- Kişilərdə ən çox sevmədiyiniz 3 xüsusiyyət hansıdır?
 
- Yalan, yalan, yalan. Çünki hər şey yalandan başlayır.
 
- Qadınlar üçün ideal evlilik yaşı hansıdır?
 
- İdeal heç nə yoxdur.
 
- Daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi ilə?
 
- Qadınla.
 
- Aktrisalıq, yoxsa müğənnilik?
 
- Müğənnilik.
 
- Sevgilinizi xəyanət edərkən tutsanız: ayrılarsınız, qızı döyərsiniz, yoxsa sevgilinizi bir söz deyib məhv edərsiniz?
 
- Heç biri. Çünki sevgilim yoxdur. (gülüş)
 
- Xoşbəxt olmaq üçün nə lazımdır?
 
- Sadəcə xoşbəxt olmaq lazımdır.
 
- Sizi ən çox hansı sual bezdirir?

 
- Şəxsi həyat barədə verilən suallar.
 
- Kimin yerində olmaq istəyərdiniz?
 
- Elə öz yerimdə olsam, məsləhətdir.
 
- Nəyə görə peşmanlıq çəkirsiniz?
 
- Peşman olsam, yaşaya bilmərəm. Heç nə üçün.
 
- "İndiki ağlım olsaydı..." - cümlənin davamını necə bitirərdiniz?
 
- İndiki ağlım olsaydı, yaşamalı olduqlarımı yaşayardım.

Milli.Az