ABŞ-ın Konnektikut ştatındakı Bristol şəhərinin polisi "Double Tree" otelinin müştərilərindən birini həbs edib. 30 yaşlı Con Tornton otelin 27 yaşlı əməkdaşına psixoloji və mənəvi təzyiq, təcavüz göstərməkdə suçlanıb. O, habelə polis əməkdaşlarını təhqirdə və asayiş keşikçilərinə müqavimətdə ittiham olunur.
Milli.Az The Huffington Post-a istinadən bildirir ki, Con Tornton həmin axşam otel otağından çıxaraq foyeyə enib. 27 yaşlı xadimə də foyenin döşəməsini yuyurdu.
Qadının işi, deyəsən, Torntonun xoşuna gəlməyib və o, döşəməsiləni qadının əlindən alaraq döşəməni yumağa başlayıb.
Bu şəxsin hərəkətləri vaxt keçdikcə daha aqressiv olub. Xadimə qadın qəribə müştərini dilə tutaraq döşəməsiləni onun əlindən almağa çalışsa da, Tornton hirslənib və döşəməni daha sürətlə yumağa başlayıb.
Xadimə qorxaraq "Döşəməsilənimi qaytarın!" deyəndə Tornton daha da cuşa gəlib, qadının ətrafındakı ərazini sürətlə yumağa başlayıb. Qadın qorxaraq foyenin küncünə daldalanıb.
Torton da onun ətrafında gəzişib, döşəməni silərək qadının o küncü tərk etməsinə imkan verməyib.
Hadisə yerinə polis gəlib.
"Qadın sinir pozuntusu ərəfəsində idi. O ağlayırdı", - polisdən verilən məlumatda deyilib.
WFSB bildirir ki, C.Tornton ilkin olaraq "döşəməni aqressiv yumaqda" suçlanıb. Lakin o, saxlananda polisə müqavimət göstərək "sizi döyərəm" dediyi üçün "hüquq-mühafizə əməkdaşlarına qarşı zorakılıq"da da ittiham olunub.
Con Torntonun məhkəməsi oktyabrın 27-də başlanacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.