400 minlik "Lamborghini" iki yerə parçalandı - VİDEO

15 Oktyabr 2014 21:35
"Lamborghini" markalı avtomobil başqa maşınla toqquşaraq divara çırpılıb və...
Rusiyada baş vermiş ağır yol qəzasında bahalı avtomobil iki yerə parçalanıb. Avtosfer.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 400 min dollar dəyəri olan "Lamborghini" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan digər minik maşınına çırpılıb. Sonra isə avtomobil idarəetmədən çıxaraq divara dəyib. Zərbənin təsirindən avtomobil iki yerə parçalanıb. Hadisə anı təhlükəsizlik kameralarının yaddaşına qeydə alınıb. Həmin görüntüləri təqdim edirik.

Milli.Az