"WhatsApp"a ağır zərbə
15 Oktyabr 2014 15:50
"Skype" yeni mesajlaşma tətbiqi "Skype Qiki" istifadəyə verib.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, şirkət istifadəçilərin mətn əvəzinə qısa videomesaj vasitəsi ilə ünsiyyət qurmağına imkan yaradan yeni bir tətbiq hazırlayıb.
Əslində, videosöhbət digər tətbiqlərdə də var. Ancaq "Skype Qik" tətbiqində bu xidmət daha da inkişaf etdirilib və daha sürətli bir ünsiyyət qurmağa imkan verir.
"Qik"in interfeysi "Skype"dan daha fərqli görünür, ancaq eyni hissi verir. Tətbiq "Skype"da olduğu kimi qrup söhbətlər qurmağa da imkan verir.
Bundan başqa, ios və Android variantları olan "Qik Flik" telefonunuzdan digər istifadəçilərə beş saniyəlik sürətli video göndərməyinizə imkan yaradır.
Milli.Az