McDonald's-dan qorxulu etiraf

15 Oktyabr 2014 12:27
Amerikanın McDonald's restoranlar şəbəkəsi jurnalistləri qida müəssisələrindən birinə dəvət edib. Jurnalistlərə məhsulların nədən hazırlandığı göstərilib. 

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, jurnalistlər McDonald's-ın Kaliforniyada yerləşən müəssisəsindəki kotlet və buterbrodların hazırlandığı ət emalı bölməsində olublar. 

Şirkətin əməkdaşları jurnalistlərə bildiriblər ki, iki cür mal ətindən istifadə edilir. İnəklər isə hormonlarla qidalandırılır. Onlar iddia edirlər ki, bu, ABŞ-da heyvanların boy artımı üçün istifadə edilən standart təcrübədir. 

Şirkət əməkdaşları onu da qeyd ediblər ki, jurnalistlərin dəvət olunması sadəcə məhsulların necə hazırlanmasını cəmiyyətə göstərməkdir. Bunun heç də şirkətin işlərinin son dövrlər pis getməsi ilə əlaqəsi yoxdur. 
 

Milli.Az