Standard & Poor (S&P) reytinq agentliyi oktyabrın 10-da Finlandiyanın reytinqini AA+-dan AAA-ya azaldıb. Aleksander Stubb telekanala müsahibəsində deyib: iPhone Nokia-nı, iPad Finlandiyanın kağız sənayesini məhv etdi, amma biz qayıdacağıq!
Milli.Az ICTnews-a istinadən bildirir ki, son bir neçə ildə Finlandiya şirkəti Apple və Samsung kimi istehsalçılara görə bazarda xeyli pay itirib.
Finlandiya Avropanın ən böyük kağız istehsalçısıdır, UPM-Kymmene və Stora Enso yerli şirkətləri tədarük edir. Amma dünyada bu məhsulun tədarükü son bir neçə ildə xeyli azalıb.
Finlandiyanın baş naziri əmindir ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində və meşə sənayesində itirilmiş mövqe geri qaytarılacaq: Meşə sektoru bioenergetika hesabına bərpa olunacaq. Yeni Nokia isə şəbəkə avadanlığı sahəsində özünü göstərəcək.
Milli.Az