Azərbaycanda fərdi evdə yanğın olub

13 Oktyabr 2014 22:37
Cəlilabadda yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Əliabad kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 100 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az