Ronaldudan sensasiyalı iddiaya münasibət: "Qərarı o verib"

13 Oktyabr 2014 20:00
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu haqda sensasiyalı iddia yayılıb.

Qol.az-ın məlumatına görə, Portuqaliya mətbuatı iddia edib ki, Ronaldu və milli komandanın digər futbolçularının təkidli istəyi ilə Paulu Bentu millinin baş məşqçisi postundan istefaya göndərilib.

K.Ronaldu isə özü açıqlamasında bu xəbərləri təkzib edib: "Çalışdığım məşqçilərlə münasibətim hər zaman yaxşı olub və onlardan nəsə öyrənmişəm. Mən və komanda yoldaşlarım Bentunun millidən ayrılmasına çox üzüldük".

Ronaldu onu da bildirib ki, millidəki karyerası ərzində yığma komanda ilə bağlı qərarları hər zaman Portuqaliya Futbol Federasiyasının prezidenti verib: "Heç vaxt futbolçular baş məşqçi ilə bağlı qərarlar verməyiblər".

Qeyd edək ki, P.Bentu "Avro-2016"nın seçmə mərhələsində Albaniyaya məğlubiyyətdən sonra federasiya onunla yolları ayırıb. Portuqaliya Futbol Federasiyası boş qalmış məşqçi vəzifəsinə Fernando Santuşu gətirib.

Milli.Az