Bu barmaq iPhone 6 sahibləri üçündür

13 Oktyabr 2014 21:08
Cihazın qiyməti 14 dollar təşkil edəcək. Barmağa taxılma onun ölçüsünü təxminən 15 mm artıracaq.

Yaponiyanın Thanko şirkəti iPhone 6 smartfonundan istifadənin optimallaşdırılması üçün barmaq şəklində aksessuar hazırlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, YubiNobiiru adlı qurğu əlin baş barmağının uzadılmış variantda dəqiq plastik surətini təşkil edir. Cihazın ucluğuna sensor ekranla işləmək üçün ötürücü quraşdırılıb.

Bir çox istifadəçilərin iPhone 6 smartfonundan istifadəsi zamanı cihazın ölçülərinə görə narahatlıq yaşaması nəticəsində bu cür aksessuar yaratmaq ideyası meydana gəlib.

Milli.Az