Markın WhatsApp-la bağlı planı

13 Oktyabr 2014 16:32

Sosial şəbəkənin qurucusu və rəhbəri Mark Zukerberq tətbiqdən danışıb

Facebook yaxın gələcəkdə WhatsApp-dan gəlir əldə etməyəcək.

Anspress-in məlumatına görə, bu barədə sosial şəbəkənin qurucusu və rəhbəri Mark Zukerberq Hindistanda səfəri zamanı deyib. O, Hindistanda yerli əhaliylə internetdən istifadənin artımı məqsədi ilə tədbirdə iştirak edib.

O qeyd edib ki, WhatsApp-da zəhlətökən reklam və ya əlavə xidmət təklifləri yer almayacaq. "Facebook WhatsApp-ı satın aldıqdan sonra sosial şəbəkənin səhmləri bahalaşıb. Şirkətin səhmləri 22 milyard dollara qədər artıb.

Qeyd edək ki, WhatsApp telefonlar üçün unikal tətbiqdir. Bu proqram vasitəsi ilə mətn və səsli mesajları, həmçinin şəkillər və videoçarxları digər proqram istifadəçilərinə göndərmək mümkündür. Proqram bir il müddətinə pulsuz xidmət göstərir. Müddət bitdikdən sonra isə xidmət üçün illik 0,99 dollar ödəmək lazımdır.

Milli.Az