Rasim Balayev xəstəliyindən danışdı

13 Oktyabr 2014 15:03
Azərbaycanın xalq artisti Rasim Balayevin şəkər xəstəliyinə görə vəziyyətinin ağırlaşdığı və ayağında yara yaranması məlumatı yayılıb.

Aktyor özü anspress-ə açıqlamasında səhhətinin pisləşməsinə aydınlıq gətirib.

"Hər şey qaydasındadır. Camaat insulin vurdurur. Məndə isə buna ehtiyac yoxdur. Şəkəri yüngül keçirirəm. Hazırda müalicəmi davam etdirirəm, daima həkim nəzarətindəyəm", - deyə aktyor bildirib.

Rasim Balayev onu da qeyd edib ki, "hər kəs xəstələnə bilər, onlardan biri də mənəm. Və bunu reklam etmək istəmirəm".

Milli.Az