Bakıda yeni piyada keçidi istifadəyə verilir - FOTO

13 Oktyabr 2014 14:51
Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatmaq üzrədir.

Keçiddə son tamamlanma işləri aparılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq əsas işlər yekunlaşıb. Hazırda tavan hissəsinin rənglənməsi, işıqlandırma sisteminin və məhəccərlərin quraşdırılması işləri gedir.

Məlumat üçün bildirək ki, keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3 metrdir. İki giriş-çıxışı olacaq keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlandırma, qrunt sularının kənarlaşdırılması üçün nasosxana nəzərdə tutulub.

Oktyabr ayının sonuna kimi bütün işlər yekunlaşacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.