Bakı sakini həmyerlisini qətlə yetirdi

13 Oktyabr 2014 12:18

Bakıda qətl törədilib

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Asif Rəşid oğlu Məmmədov aralarında yaranmış mübahisə zəminində həmyerlisi Oqtay Nəcəf oğlu Rzayevi bıçaqlayaraq öldürüb.

A.Məmmədov qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az