Şabranda avtomobil Rusiya vətəndaşını vuraraq öldürüb

13 Oktyabr 2014 12:42
Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 118-ci kilometrliyində, Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, 1951-ci il təvəllüdlü, Siyəzən rayonunun Gilgilçay qəsəbəsinin sakini Hüseynov Zahir Sirac oğlu idarə etdiyi "VAZ 21063" markalı, 53 BA 342 dövlət nömrə nişanlı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən, 1979-cu il təvəllüdlü, Rusiya vətəndaşı Sviridov Yuri Nikolayeviçi vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az