Bakıda orta məktəbdə dava olub, xəsarət alan var

13 Oktyabr 2014 12:29

Bakıda orta məktəb şagirdləri arasında dava düşüb

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Müşviqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə qeydə alınıb.

Həmin məktəbin 11-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü Babək Vəlican oğlu Cəbrayılov dərs zamanı həmin məktəbin şagirdi tərəfindən döyülüb.

B. Cəbrayılov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az