Del Boskedən gözlənilməz qərar

13 Oktyabr 2014 14:18

İspaniya millisinin baş məşqçisi Visente del Boske gözlənilməz qərar verib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "Avro-2016"nın seçmə mərhələsində Lüksemburqla görüşdə əsas heyətdə İker Kasilyasın əvəzinə David De Xeanı oynadıb.
 

Qeyd edək ki, İ.Kasilyas "Avro-2016"nın seçmə mərhələsində Slovakiyaya uduzduqları (1:2) matçda kobud səhvlər edib. Ancaq del Boske Kasilyasa dəstək olaraq onu bu səhvə görə əsas heyətdən kənarlaşdırmayacağını söyləmişdi.

Milli.Az