Kobanidə kürdlər hücuma keçdilər - VİDEO

13 Oktyabr 2014 11:33
Suriyanın şimalındakı Kobani şəhərində yerli kürdlərlə "İraq və Şam İslam Dövləti" (İŞİD) arasında amansız döyüşlər davam edir.

Kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı bölməsi olan YPG mənsubları Kobanidə indiyədək müdafiə olunurdularsa, dünəndən etibarən hücuma keçiblər.
 

Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, dünən YPG mənsubları Kobaninin şimal məhəllələrindəki döyüşlərdən birində 30 İŞİD-çini əsir alıblar.
 

Milli.Az