"Bığlı oğlanlar" niyə ayrıldıqlarından danışdılar

13 Oktyabr 2014 12:36
ATV-nin aparıcıları, "bığlı oğlanlar" ləqəbi ilə tanınan Cavid Gül və Şəhriyar Əbilov yollarını ayırıblar
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tamaşaçıların birlikdə görməyə alışdığı aparıcılar artıq fərqli layihələrdə, ayrılıqda efirə çıxacaqlar. Cavid və Şəhriyar haqlarında yayılan "küsülüdürlər" söhbətinə "Onlar" verilişində son qoyublar.

Ş.Əbilov bu ayrılığın onların dostluğuna təsir etməyəcəyini bildirib:

"Hər bir şeyin sonu olduğu kimi, layihələrin də sonu var. Cavidin qalmaqallı, gözəl bir şousu başlayır. Mən isə "atalıq edəcəm", "Oyuncaq" adlı layihə reallaşdıracam".

C.Gül isə yeni başlayacaq "Kimdir nömrə bir?" verilişindən bəhs edib:

"Canlı ifa olacaq. Ansamblınla gələcəksən, oxuyacaqsan. Bəziləri var ki, canlı ifa, performans göstərə bilmirlər. Burada müğənnilər sınaqdan keçəcəklər".

Milli.Az