Essien: "Ebolaya yoluxmağım.."

13 Oktyabr 2014 11:54

"Milan"ın yarımmüdafiəçisi Maykl Essien barəsində yayılan söz-söhbətləri təkzib edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, qanalı futbolçu tvitterdə yazıb:

"Ebola virusu ilə xəstələnməyim barədə yayılan söz-söhbətlər həqiqəti əks etdirmir. Özümü çox əla hiss edirəm. Yaxşı çalışıram və sabah da eyni qaydada məşqimi davam etdirəcəm".

Milli.Az