Bu şəhərdə faciə gözlənilir

13 Oktyabr 2014 12:06
Türkiyənin Diyarbəkir şəhərində PKK və İŞİD terror təşkilatlarının faciə törədəcəyi gözlənilir.

Milli.Az DHA-ya istinadən bildirir ki, Suriyanın Kobani şəhərindəki olaylarla bağlı günlərdən bəri kürdlərin küçələrə çıxaraq kütləvi iğtişaşlar törətdikləri Diyarbəkirdə artıq 14 nəfər həlak olub. Amma PKK terrorçuları bununla kifayətlənmək niyyətində deyillər.
 

Polisin əldə etdiyi məlumatlara görə, Suriyadan Diyarbəkirə sızmış 30 PKK-lı şəhərdə polis və ya hərbçilərə hücum etməyi planlaşdırır.

Bununla bahəm, Suriyadan Türkiyə ərazisinə keçmiş İŞİD terrorçuları da Diyarbəkirdə qanlı terakt törətməyə hazırlaşırlar.
 

Diyarbəkirdə polislə hərbçilərə uniformada gəzməmək əmri verilib. Üstəlik, polis maşınları da şəhər küçələrində gözə dəymir. Polislərlə hərbçilər şəhərdə silahlı, amma mülki geyimdə dolaşırlar.

Milli.Az