"Real"ın ulduzu Azərbaycan millisi haqqında danışdı
13 Oktyabr 2014 10:07
"Onlar son 2 oyunda yaxşı müdafiə olunduqlarını və yaxşı komanda olduqlarını göstərdilər".
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç AVRO-2016-nın seçmə mərhələsinin Azərbaycan yığması ilə sabah Osiyekdə keçiriləcək oyunu öncəsi mətbuat konfransında deyib.
"Real Madrid"in futbolçusu bildirib ki, Bakıda "Xəzər Lənkəran"a qarşı oyununu yaxşı xatırlayır: "Matçın başlanğıcında artıq qol vurmağa çalışmalıyıq. Bu 3 xal bizim üçün çox önəmlidir. Osiyekə yenidən gəlmək mənim üçün çox xoşdur. İstəyirəm ki, sabah buradan qələbə ilə ayrılaq. Zaqreb "Dinamo"sunda çıxış etdiyim vaxt Bakıda "Xəzər Lənkəran"a qarşı oyunumuzu yaxşı xatırlayıram. Çətin matç olmuşdu. Biz onda mərhələni çətinliklə keçə bilmişdik. Xatırladığım bunlardır".
Milli.Az