İŞİD-ə qoşulan qızlar geri qayıda bilməyəcəklər?

13 Oktyabr 2014 11:09

Suriyada olan qızların evlərinə qayıtmaq istədikləri bildirilir

Cihad adıyla Avstriyadan Suriyaya gedib İŞİD terror qruplaşmasına qoşulan bosniyalı qızlar hamilədir.

Anspress-in məlumatına görə, aprel ayında ailələrinə, "Bizi axtarmayın, biz Allah üçün ölməyə gedirik" yazılmış məktub qoyaraq yoxa çıxmış qızlar o vaxtdan bəri itkin düşmüş hesab olunurdular.

"Daily Mail" qəzeti Suriyada çeçen yaraqlılarla evlənmiş Samra Kesinoviç Sabina Selimoviçin hamilə olduqlarını yazıb.

Avstriya məxfi orqanları qızların ailələri ilə danışdıqlarını, olduqları mühiti tərk etmək və qayıtmaq istəkləri olduğunu deyib.

Avstriya Daxili İşlər Nazirliyinin sözçüsü isə bunun üçün gec olduğunu deyib.

Sözçü bildirib ki, Avstriyada ölkəni tərk edən miqrantların sonradan geri qayıtmasını imkansız edən qanunlar var.

Milli.Az