"V1 Challenge Azerbaijan" yarışının qalibi turnirin təşkilatçılığını yüksək qiymətləndirib - FOTO
12 Oktyabr 2014 18:40
"Yarışların yüksək səviyyədə təşkilinə görə Azərbaycan Avtomobil Federasiyasına təşəkkürümü bildirirəm. Rəqiblərim çox güclü idi. Yarış mənim üçün çətin oldu".
Milli.Az Azərbaycan Avtomobil Federasiyasına istinadən bildirir ki, bu sözləri oktyabrın 11-də Bakı Kristal Zalında keçirilən "V1 Challenge Azerbaijan" yarışının qalibi, fransalı pilot Anton Huber bildirib.
A.Huber yarışda ən gərgin mübarizəsinin livanlı idmançı Abdo Feqaliyə qarşı olduğunu deyib. Çox sevinirəm ki, ona qalib gəlməklə finala vəsiqə qazandım. "Mən "Formula 4" pilotuyam. Qazandığım təcrübədən istifadə edərək bu yarışın qalibi oldum".
Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran Anton Huber burada gördüklərindən məmnun olduğunu bildirərək deyib: "Bakı haqqında məlumatım az idi. Sevinirəm ki, indi belə bir gözəl şəhərdəyəm. Artıq Azərbaycan haqqında xeyli məlumatım var. Gözəl ölkənizdə olmağımdan çox məmnunam".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
