Bu sevgi qanla keçir

12 Oktyabr 2014 00:30
İnsan həyatı və sağlamlığı fərqli faktorlardan asılıdır. Həmin faktorlar insanın həyatını uzada da bilər, qısalda da bilər. Həyat tərzi, qidalanma və digər faktorlar insandan-insana fərqlənir. Alimlər isə hesab edirlər ki, bu xüsusiyyətlər insanın genindən asılıdır və DNT ilə keçir.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, alimlərin apardıqları araşdırma nəticəsində məlum olub ki, insanların kofeinə qarşı sevgisi də genetika ilə bağlıdır.

"The Verge" yazır ki, aparılmış araşdırmalardan sonra alimlər 6 yeni genetik variasiya ortaya çıxarıblar. Həmin genetik variasiyaların kofein qəbuluna birbaşa əlaqələri var.

Tədqiqatlarda iştirak edən Harvard Universitetinin alimləri əmindirlər ki, insanın kofeinə reaksiyası genetikada özünə yer eləyib. Bəzi adamlar bir fincan qəhvə ilə gündəlik gümrahlıq qazana bilirlərsə, digər qrup insanlar kofeindən heç bir effekt ala bilmirlər.

Mütəxəssislər daim qəhvə içən 120 min insanda 2.5 milyon genetik növü araşdırıblar. Genetik məlumatların qarşı-qarşıya qoyulması ilə kofeinə meylli olan genləri ortaya çıxarıblar. Onların bir qrupu kofeindən maddələr mübadiləsinin sürətlənməsi üçün istifadə edirlərsə, digərləri, sadəcə, zövq üçün qəhvə içirlər.

Milli.Az