Məşhur aktyor yenə heyrətləndirdi - FOTO

11 Oktyabr 2014 11:01

Tanınmış aktyor, Hollivud ulduzu Kristian Beyl yeni çəkildiyi "Maşinist" filmindəki rolu üçün 28 kq arıqlayıb.
 

Milli.Az The Huffington Post-a istinadən bildirir ki, rolları ilə bağlı arıqlayıb-kökəlməyə "adət" etmiş aktyorun vücud transformasiyaları həmişə heyrətamiz olur.
 

40 yaşlı aktyor bu dəfə də heyrətləndirməyi bacarıb və filmdə arıq, sısqa insan obrazını məharətlə yaradıb.
 

Həkimlər isə bildirirlər ki, aktyorun çəkisi ilə "oynaması" onun orqanizmində ciddi fəsadlara yol aça bilər.
 

Sürətlə arıqlamaq, sonra da sürətlə kökəlmək ürək-damar sistemində ciddi problemlər yaradır, sümük və oynaqlarda gərginliyi formalaşdırır.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.