Bir neçə dəfə onu sökmək istəyiblər. Hər dəfə də nə isə buna mane olub. Deyilənə görə, bir dəfə də sökmək istəyəndə orada xeyli sayda ilan peyda olub. Nəticədə sökülmək təhlükəsi sovuşub. Amma odur-budur ki, həmin ərazidə "ilan gördüm" deyən olmayıb. Bu, Beyləqan rayonunda, mərkəzdən 3-4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən "Cərcis Peyğəmbər" ziyarətgahıdır.Beyləqanda yerləşən ziyarətgah Azərbaycanın dini, tarixi abidəsi olmaqla bərabər, insanların qəlbində xüsusi yer qazanıb