Bu da Ford C-MAX - FOTO

12 Oktyabr 2014 22:17
Ford şirkəti Paris avtosalonunda C-MAX, Grand C-MAX minivenlərini və nisbətən iri S-MAX təqdim edib. Bütün yeni versiyaların təzə mühərriklər də daxil olmaqla bir sıra elementləri yaxşılaşdırılıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, C-MAX ailəsi indi Aston Martin üslubunda radiator barmaqlığı və çox yaraşıqlı işıqdiod faraları ilə öyünə bilər. Amerikalılar həmçinin kuzov üçün yeni rənglər, salonun tərtibatında maraqlı həllər, həmçinin SYNC 2 məlumat-əyləncə sistemi də təklif edirər.

Hər iki C-MAX avtomobili 120 a.g. hasil edən 1,5 litrlik yeni TDCi və 140 a.g. olan 2,0 litrlik yenilənmiş TDCi mühərrikləri ilə təchiz edilə bilər. Seçimə 1,0 litrlik EcoBoost (100 və ya 125 a.g.) və 1,5 litrlik EcoBoost (150 və ya 180 a.g.) da daxildir.

Nisbətən iri S-MAX axırıncı versiya Focus və Fiesta modellərindən çoxsaylı icraatlar götürüb. Alıcılara təklif edilən mühərrik sırasına 160 a.g. hasil edən 1,5 litrlik və 240 a.g. olan 2,0 litrlik EcoBoost benzin mühərrikləri daxildir. Dizel variantları 120, 150 və 180 a.g. olan 2,0 litrlik TDCi mühərriklərlə təchiz edilib. İlk dəfə olaraq Ford şirkəti S-Max modellərində Intelligent All-Wheel Drive ötürmə sistemi təklif edir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.