4,5 metrlik Peugeot Quartz - FOTO

12 Oktyabr 2014 18:34
4,5 metrlik Peugeot Quartz markanın gələcək yolsuzluq avtomobillərinin dizaynını nümayiş etdirmək məqsədilə düzəldilib. Model özünün kupeyə bənzər profili, uzun kapotu və aqressiv silueti ilə seçilir. "Quartz" adına uyğun olaraq qaya parçasından yonulmuş kimi təsir bağışlayan modelin xarici görünüşündə rəvan xətlər kəskin şəkildə nəzərə çarpan doğrama formalarla qarşı-qarşıya qoyulur.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yolsuzluq avtomobilinin kapotu altında 270 a.g. hasil edən 1,6 litrlik 4-silindrli turbo mühərrik və hər oxun üzərində toplam gücü 500 at gücünə çatdıran elektrik mühərrikləri yer alıb.

Belə bir model, çətin ki, nə vaxtsa istehsala buraxılsın, amma onun elementlərindən gələcək Peugeot yolsuzluq avtomobillərində istifadə ediləcəyi şübhəsizdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.