Karbon Lexus - FOTO

11 Oktyabr 2014 23:20
Lexus RC F kupenin debütü yanvarda keçirilən Detroyt avtosalonunda baş tutmuşdu. Avtomobil artıq İngiltərədəki diler mərkəzlərində 60 min funt sterlinqə satışa çıxarılıb. Başqa bir yeni yapon avtomobili - Lexus RC F Carbon Edition isə bu günlərdə Paris Expo mərkəzində təqdim edilib. Sportkupe 5,0 litrlik V8 atmosfer mühərriki və onunla burgə çalışan 8 pilləli Sport Direct Shift avtomat ötürücü qutu ilə təchiz edilib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni model alıcılarına 10 min funt baha başa gələcək və həmin məbləğin yarısı karbondan olan daxili tərtibat üçün ödəniləcək. Bu karbon kuzovlu ilk Lexus avtomobilidir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.