Milli.Az 4charx.com-a istinadən bildirir ki, Lexus NX 300h doğrudan da heyrətamiz və cəlbedicidir. O model sırasının digər üzvlərindən təkcə xarici görkəmi ilə deyil, həm də texniki xüsusiyyətlərinə görə kəskin fərqlənir. Həmin xüsusiyyətlər isə sadəcə misilsizdir.
Yeni Lexus NX 300h alıcılar üçün gələn ilin martında əlçatan olacaq. Bu model seriya buraxılacaq, lakin hələlik onu ancaq qabaqcadan sifariş etmiş kəslər əldə edə biləcəklər.
Krossover bütünlüklə innovasiya texnologiyaları təcəssümüdür. Bunadək Lexus mühəndislərinin hazırladıqları avtomobillər çox aqressiv olublar və onların daşıdığı cizgilərdə idman motivləri açıq-aşkar görünüb. Lexus NX 300h qətiyyən belə deyil. Onun kuzovu dinamik səthlər və qırıq xətlərlə işlənib. Onlar avtomobili daha zərif göstərir. Əlbəttə ki, maşının xarici görkəmi hamıya xoş gəlməyə bilər, amma o səhnəyə öz alıcılarını və rəqiblərini təəccübləndirmək üçün çıxıb.
Şirkətin mühəndisləri yeni modeldə ilk dəfə displey və ön şüşədəki müxtəlif qacetlərin, həmçinin mərkəzi konsolun sensor işıqlanmasının naqilsiz yüklənməsi sistemini tətbiq ediblər.
Lexus NX 300h kapotu altında əla hibrid aqreqat yer alıb. Onun qurğularından biri benzinlə, digəri isə elektriklə çalışır. 2,5 litrlik birinci aqreqat 155 a.g., ikinci aqreqat isə 143 a.g. hasil edir. Avtomobil toplam təxminən 300 at gücünə sahibdir. Bununla belə yeni avtomobil hər 100 kilometrdə cəmi 5 litr yanacaq sərf edir.
Lexus NX 300h qiyməti hələlik məlum deyil, lakin o hətta ortadan bir qədər yuxarı qiymətə olsa belə maşın bir neçə aya xərcini çıxardacaq, çünki, onun istismar və xidmət xərcləri qətiyyən yüksək olmayacaq.
Milli.Az