Teymur Rəcəbov kubalını üstələyə bilmədi
9 Oktyabr 2014 21:51
Şahmat üzrə Bakıda keçirilən "Qran-pri" turnirində Teymur Rəcəbov Kuba təmsilçisi Lenyer Dominges ilə heç-heçə oynayıb.
AzərTAc xəbər verir ki, hər iki şahmatçı mətbuat konfransında son oyun haqqında danışıb.
Teymur Rəcəbov: "Bütün gedişləri hesablaya bildim. Üstünlük qazanmaq üçün müəyyən gedişləri yerinə yetirdim. Heç-heçə imkanı var idi. Amma o gedişlərdən yayınmağa çalışdım. Ağ fiqurların qaralara qarşı kəskin hücum reallaşdırmağı görünmürdü. Bununla belə maraqlı oyun alındı. Üstünlüyü sona qədər saxlamaq mümkün olmadı. Üstünlük itiriləndən sonra görüş heç-heçəyə doğru gedirdi".
Lenyer Dominges: "Vəzirlə gedişlər etdim. Rəqibin üstünlüyü partiyanın əvvəlində hiss olunurdu. Bununla belə üstünlük sona qədər qorunmadı. Mənim üçün turnirdə ən maraqlı oyun oldu. Ağ fiqurlar vəziyyətdən üstün istifadə edə bilmədi. Bütün gedişləri hesabladım. Sözün əsl mənasında bu oyundan zövq aldım. Oyun bir neçə istiqamətə yönələ bilərdi. Heç-heçə yaxşı və oyuna uyğun nəticədir".
Milli.Az