Azərbaycanda həmişə böyük hörmətlə yanaşılan, diqqətlə izlənilən idman növləri içərisində şahmat öncüllər sırasındadır. Bu oyunla bağlı ölkəmiz ərazisində ilk məlumatlar 1500 il əvvələ gedib çıxır. Adətən saray əhlinin, şahların, onların övladlarının böyük həvəslə oynadığı, elitar əyləncə hesab olunan şahmat günümüzə qədər gəlib çıxmış, sıravi vətəndaşların da sevimli oyununa çevrilmişdir. Bu səbəbdən də Azərbaycan şahmatının hazırda dünyanın ən güclüləri sırasında olması təsadüfi deyildir. Təxminən bir həftədən sonra Hindistanın Pune şəhərində gənclər arasında şahmat üzrə dünya çempionatı keçiriləcək. Bu çox vacib yarışda Azərbaycanı kişilərlə yanaşı, qadın yığmamız da təmsil edəcək. Maraqlıdır, zərif cinsin nümayəndələri arasında ən gənci hansıdır? Axtardığımız, cavab tapmaq istədiyimiz sualın cavabı belə oldu: Səbinə İbrahimova. Yazımızın budəfəki qəhrəmanı kimi məhz onu seçdik və heç də yanılmadıq.Səbinə İbrahimova ənənələrimizin layiqli davamçısıdır



