Qaçırdığı qızı boğub öldürdü - YENİLƏNİB - VİDEO
9 Oktyabr 2014 22:34
22:34
Ağcəbədidə sevginin sonu qanlı hadisə ilə bitib. Evlənməyi fikirləşən gənc 16 yaşlı qızı qaçırıb. Sonradan isə aralarında yaranan mübahisə acı sonluqla bitib. Qaçırılan qız boğularaq öldürülüb. Bu azmış kimi qızın meyiti küçəyə atılıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, Gəncə şəhər, Sevinc qəsəbəsi sakini 21 yaşlı Aydın Qasımov eyni qəsəbədə yaşayan 16 yaşlı Səltənət Əliyevanı qaçıraraq Ağcabədi rayonuna gətirib. Amma yolda - Ağcabədinin Hacıbədəlli kəndi ərazisində sevgililərin arasında mübahisə yaranıb, daha sonra Aydın Qasımov Səltənti əlləri ilə boğaraq öldürüb. Aydın Qasımov artıq Ağcabədi Rayon Polisi tərəfindən saxlanılıb.
"Aydın Qasımov hələlik şübhəli şəxs qismində tutulub. Dindirmə gedir, məsələyə aydınlıq gətiriləndən sonra təbii ki, ekspertizanın rəyi alınacaq. Ondan sonra fikir söyləmək olar", - deyə Ağcabədi Rayon Prokurorunun böyük köməkçisi Ərəstun Quliyev qeyd edib.
16 yaşlı Səltənətin valideynləri də hansısa məlumatı vermək istəmədilər. Yalnız şifahi bildirdilər ki, cinayətə səbəb qız və oğlan arasındakı mübahisə olub. Aydın Qasımov Səltənəti öldürdükdən sonra zəng edərək valideyinlərinə qızlarını boğduğunu deyib.
Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır. Qətlin səbəbi də araşdırmalardan sonra məlum olacaq.
--------
14:08
Oktyabrın 9-da Ağcabədi rayonunun Hacıbədəlli kəndində Gəncə şəhər sakini Səltənət Əliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ilkin araşdırmalar zamanı S.Əliyevanın oktyabrın 8-də Gəncə şəhərindən həmyerlisi Aydın Qasımov tərəfindən evlənmək məqsədi ilə oğurlanıb Hacıbədəlli kəndinə aparılması və aralarında baş vermiş münaqişə zəminində onun tərəfindən boğulması müəyyən edilib.
Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qasımov tutulub.
----------
11:40
Ağcabədi rayonunda tapılan qızın meyiti ilə bağlı maraqlı məlumat əldə olunub
"Qafqazinfo" xəbər verir ki, qızın meyiti bu gün səhər rayonun Cəfərbəyli kəndi ərazisindən keçən kanalın kənarında tapılıb.
Məlumata görə, hələlik adını dəqiqləşdirə bilmədiyimiz qız Gəncə sakini olub. Qızın özünün razılığı ilə tanıdığı oğlan (onun da adı hələlik məlum deyil) qaçırıb. Onlar bu gün səhər saatlarında Ağcabədi rayonunun Cəfərbəyli kəndinin girişində maşından düşərək oğlanın kənddə yaşayan dayısıgilə gediblər. Məlumata görə, yolda olarkən qızın anası oğlana zəng edib və onu təhqir edib. Bu zaman oğlanla qız arasında da mübahisə yaranıb. Nəticədə oğlan qızı boğaraq kanala atıb.
Cinayəti törədən şəxs artıq həbs olunub.
Milli.Az
---------
15:53
Videonu izləmək üçün şəkilə klikləyin.