Mətbəx sirləri: "Saman" salatı

13 Oktyabr 2014 07:00
Milli.Az "Saman" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 banka qarğıdalı konservi
300 q hisə verilmiş kolbasa
2 təzə xiyar
4 bişmiş yumurta
mayonez
duz
istiot

Qarğıdalının suyunu süzün.

Yumurtaları təmizləyin.

Xiyarları yuyun.

Yumurta, kolbasa, xiyarı nazik saman kimi doğrayın. Qarğıdalı və mayonez, duz-istiot əlavə edib qarışdırın.

Nuş olsun!

Resept: vk.com/vk_cook>


Milli.Az