Bakıya mənşəyi məlum olmayan kosmetika gətirən şəxs tutuldu
18 Dekabr 2010 18:21
Milli.Az Dövlət Görük Komitəsinin saytına istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə "Moskva-Naxçıvan" aviareysi ilə Rusiyadan Naxçıvan Muxtar Respublikasına, sonradan isə "Naxçıvan-Bakı" aviareysi ilə Bakı şəhərinə mənşəyi məlum olmayan ətriyyat və kosmetik vasitələri gömrük rüsumundan yayınaraq qeyri-qanuni yolla gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.
Məlumata əsasən, həmin şəxslərin yaxalanması məqsədilə 256 saylı "Naxçıvan-Bakı" aviareysi ilə gələn yükü qarşılayan Azərbaycan vətəndaşı Mahmudov Elşən Sadəddin oğlundan idxal sənədləri olmayan 2 ədəd qara selofana bükülmüş, boz rəngli iri həcmli çantaların içərisində olan, üzərində "Mary Kay" sözləri yazılmış 13 ədəd karton qutularda "Mary Kay" firmasında istehsal olunmuş 73 adda, müxtəlif çeşiddə ətriyyat malları və kosmetik vasitələr aşkar edilərək protokol əsasında götürülüb. Qutuların içərisindən çıxan və Moskva şəhərində tərtib edilmiş mal-nəqliyyat qaimələrindən məlum olmuşdur ki, aşkar edilən ətriyyat malları və kosmetik vasitələr Rusiyadan gətirilib.
Milli.Az