İsveçin paytaxtı Stokholmda Nobel həftəsi davam edir. Dünən fizika sahəsində mükafat öz sahibini tapıb. Bu mükafata İsamu Akasaki, Hirosi Amano, Sudzi Nakamura layiq görülüblər. Onlar LED işıqlarının ixtirasına görə mükafatla təltif olunublar. Bazar ertəsi tibb sahəsində Nobel mükafatı təqdim olunmuşdu. Bu ada 3 professor insan beynində daxili naviqasiya xüsusiyyətinin olduğunu müəyyənləşdirdiyi üçün layiq görülmüşdü. Bu həftə ərzində kimya, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq. İki gündür Nobel mükafatı qaliblərinin elan olunması prosesi, sözsüz ki, hər bir azərbaycanlıda doğma ad və soyad eşitmək marağı yenidən təzələnir.Alfred Nobel həm də Bakı fəhlələrinin əməyi nəticəsində pul qazanıb