Azərbaycanda qeyri adi hadisə: insan kimi yeriyən ev quşu - YENİLƏNİB - VİDEO
7 Oktyabr 2014 17:00
12:45
Göyçay rayonunun Qızılağac kəndində qeyri-adi hadisə baş verib. Belə ki, Bəşirovlar ailəsinə məxsus fərdi təsərrüfatda bir neçə ay bundan əvvəl cücə cıxarılması üçün toyuğun altına yumurta qoyulub.
Milli.Az El TV-yə istinadən xəbər verir ki, 21 gündən sonra yumurtadan çıxan cücələrdən biri ev sahibinin marağına səbəb olub. Cücələrdən biri qeyri-adi yerişi və digər hərəkətləri ilə hər kəsi maraqlandırıb. Artıq 6 aylıq olan həmin ev quşu, sanki, insan kimi yeriyir. Təsərrüfatın sahibi Azad Bəşirov deyir ki, həmin ev quşunu baytar həkimə göstərib.
Onda hər hansı bir xəstəlik yoxdur. Ev quşu digər toyuqlar kimi cox asanlıqla qidalanır, yalnız ağaca çıxa bilmir. Bunun möcüzə olduğunu deyən Azad Bəşirov həmin ev quşuna xüsusi qulluq edir. Azad Bəşirovun qəribə yerişi və digər hərəkətləri ilə seçilən ev quşunu satmaq və ya kəsmək fikri yoxdur.
Milli.Az
---------
17:00