Polşada şaxtada partlayış

7 Oktyabr 2014 09:11

Metan partlamasıyla 20 nəfər xəsarət alıb, 2 nəfər itkin düşüb

Polşada Şlensk əyalətində Mıslovetsa-Vesola şaxtasında metanın partlaması nəticəsində ən azı 20 şaxtaçıya ziyan dəyib.

Anspress-in məlumatına görə, əyalətin başçısı Petr Litvanın dediyinə görə 2 nəfərin həyatı barəsində isə hələ heç bir xəbər yoxdur. Son məlumatlara götə partlayış zamanı şaxtada 37 nəfər olub.

"İki mədənçinin axtarışı aparılır. Qalan 35 nəfər ya özü çıxıb, ya da təxliyyə zamanı çıxarılıb. Bunlardan 2 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan biri ağır vəziyyətdədir",- Petr Litva bildirib.

"Xilasetmə əməliyyatı yalnız orada heç kimin qalmadığına aid yüz faizlik əminlikdən sonra dayandırılacaq", - deyən Kotoviks kömür holdinqinin mətbuat katibi Voysex Yaros hadisə yerində 30 nəfərin çalışdığını qeyd edib.

Milli.Az