Paris 2014: Rolls-Royce Phantom Metropolitan Collection - FOTO
6 Oktyabr 2014 20:58
Rolls-Royce markası Paris avtosalonuna Phantom sedanının məhdud sayda buraxılacaq Metropolitan Collection adlı xüsusi versiyasını gətirib.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, sayı 20 nüsxədən ibarət olacaq xüsusi Rolls-Royce Phantom şirkətin mütəxəssisləri tərəfindən Rolls-Royce avtomobillərinin fərdiləşdirilməsi proqramı çərçivəsində işlənərək hazırlanıb. Yeni model dünyanın ən böyük 24 meqapolisinə həsr edilib.
Sedanın eksteryerini göydələnlərin təsviri olan xüsusi qrafika bəzəyir. Açıq-boz rəngli dəri, ağac və metal ilə işlənmiş salonun əsas özəlliyi isə ağac şpon parçalarından yığılmış dekorativ lövhələrdir.
Rolls-Royce Phantom Metropolitan Collection salonunun qabaq panelində peyda olmuş unikal saatı dünyanın 24 şəhərinin vaxtlarına uyğun qurmaq mümkündür.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.