Azərbaycanlı teleaparıcı söz atdı: "Gedirlər, fonoqramla "cüyüldəyirlər", özlərinə "maestro" adı verirlər"

4 Oktyabr 2014 15:38
ATV-nin aparıcısı Mətanət Əliverdiyeva "Natiq" ritm qrupunun ifasına heyrətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Gündəlik" verilişinə qonaq olan əməkdar artist Natiq Şirinovun nağara çalmağına aparıcı belə reaksiya verib:

"Bu nədir? Heyrətə gəldim. Gedirlər ora-buralarını sığortaladırlar. Sən get əllərini sığorta etdir. Belə gözəl ifa görməmişdim. Virtuoz budur. İstedad göz qabağındadır. Gedirlər, fonoqramla "cüyüldəyirlər", özlərinə "maestro" adı verirlər. Səndəki istedadı heç kimdə görməmişəm".

Milli.Az