Zamiq intihar edən qızla dama çıxdı - VİDEO
4 Oktyabr 2014 15:13
Müğənni Zamiq Hüseynov yeni klipini təqdim edib.
Milli.Az anspress-ə istinadən bildirir ki, "Şoubiz" verilişinin məlumatına görə, Zamiq sözləri və musiqisi MC Murada aid olan "Həyat çətindir" adlı mahnısını ekranlaşdırıb. Sənətçinin ekran işinin rejissoru Fuad Əlişovdur. Maraqlı süjet xətti olan klipdə sənətçinin tərəf-müqabili aktrisa Könül Nağıyevadır.
Zamiq Hüseynov təqdim etdiyi kliplərində çox vaxt xarici modellərə müraciət edir. Bu dəfə isə müğənni fərqlilik edərək yeni klipində azərbaycanlı aktrisa ilə çəkilib. Müğənni yeni ekran işində həyatının çətin olmasından gileylənir.
Milli.Az