Azərbaycan yollarında illərdir "müharibə" gedir. Elə bir gün yoxdur ki, ölkə mediası hər səhəri bir ağır yol qəzası xəbəri ilə açmasın. Son günlər dəhşətli qəzaların sayı durmadan artmaqdadır ki, bu da qorxunc bir statistikanın yaranmasından xəbər verir. Təkcə ötən şənbə və bazar günü Azərbaycan yollarında 17 yol qəzası baş verib.Əməkdaşlarımız Göyçayda toyu yasa döndərən terror kimi yol qəzasını araşdırdı; nişanlı qızın babası: "Bizim yaşadığımız bu faciə sürət həddini aşanlara dərs olsun"