Qurban bayramı astanasındayıq. Bu günlərdə Allah evinin ziyarətinə getmiş hacılar ümrə əməllərini yekunlaşdırıb, yenidən ehramlanırlar. Təqva və paklıq rəmzi olan libası geyinərək, Ərəfət çölünə üz tutur hacılar. Rəbbləri ilə əhd-peymanlarını təzələmək, İlahi hüzurda vücudi imtahanlarını şərəflə vermək üçün müqəddəs Ərəfət çölündə vüquf edir - məskun olur hacılar. Rəbbləri qarşısında günahlardan paklanır, rəzillik və çirkinliklərdən imtina edərək, ibadət edirlər onlar...Bismilləhir-Rahmənir-Rahim!