Milli.Az 4charx.com-a istinadən bildirir ki, əvvəla, yeni konsept markanın hibrid güc qurğulu ilk modelidir. İkincisi, 910 a.g. olan ən güclü "Öküz"dür. Uçuncusu isə indiyədək hələ heç kim ön ötürməli Lamborghini görməyib.
Dizayn nöqteyi-nəzərindən Lamborghini Asterion LPI 910-4 Hybrid Concept qeyri-adi tinli stildə hazırlanıb. Unikal model eksklüziv Blue Elektra rəngi ilə rənglənib. Razılaşın ki, italiyalıların yeni avtomobili Lamborghini model sırasında indiyədək olan bütün modellərdən fərqlidir.
Lamborghini Asterion LPI 910-4 Hybrid Concept bəzi digər göstəriciləri belədir:
Mühərrik göstəriciləri: hibrid güc qurğusu
yanacaq - benzin, həcm - 5,2 litr, silindr - V10, güc - 610 a.g., və
elektrik mühərriki, güc - 300 a.g.,
Sürət göstəriciləri: 0-100 km/saat - 3,0 saniyə; maksimal - 320 km/saat
Ötürücü qutu: ikiqat muftalı 7 pilləli DSG
Təkərlər: Xüsusi Pirelli şinləri geyindirilmiş 20 və 21 düym
Avtomobilin seriya buraxılışı haqqında hələlik qərar yoxdur.
Milli.Az