Aston Martin-dən dəbdəbəli Lagonda - FOTO

5 Oktyabr 2014 13:07
Aston Martin şirkəti dəbdəbəli Lagonda sedanı rəsmi məxvilikdən çıxarıb. Şəkillərdə gördüyünüz yeni avtomobilin istehsal versiyasıdır və onun sahibləri Yaxın Şərqin zəngin şeyxləri olacaq. Görənlərin ağlını başından alan yeni model 1976-cı il dizaynında olsa da, müasir cizgiləri və incəliyi ilə fərqlənir. Dəbdəbəli Aston Martin Lagonda sedanın uzunluğu 5,4 metrdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin daxili tərtibatı da insanı heyran edir. Burada yalnız kəhrəba rəngli yüksək keyfiyyətli unikal dəridən istifadə edilib. Hörmə fərdi kürsülərə və müxtəlif tikmələrə isə söz ola bilməz. Yeri gəlmişkən avtomobil əllə yığılır. Alüminium şassi CFRP (karbon armaturlu plastik) kuzov lövhələri əldə edib.

Təəssüf ki, ingilis şirkətin rəsmi təmsilçiləri yeni dəbdəbəli Aston Martin Lagonda sedanın bütün sirrlərini açmaq istəmirlər. Lakin artıq məlumdur ki, modelin mühərrik bölməsində yer alan 5,9 litrlik heyrətamiz V12 mühərriki çox asanlıqla 560 a.g. və 630 Nm fırlanma anı hasil edir.

Avtomobilin ilk nüsxələri Qaydondakı (İngiltərə) zavodun konveyerindən 2015-ci ilin əvvəlində çıxmalıdır. Dəbdəbəli sedanın istehsalı ciddi şəkildə məhdudlaşdırılıb. Avtomobillər ilkin sifariş və Aston Martin şirkətinin özəl olaraq göndərəcəyi dəvətnamə əsasında istehsal ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.