İkinci nəsil Volvo XC90 - FOTO

4 Oktyabr 2014 22:41
Volvo şirkəti Paris avtoşousunda XC90 yolsuzluq avtomobilinin ikinci nəslini nümayiş etdirib. Avtomobil satışa gələn ilin yazında çıxarılacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, XC90 daha mükəmməl xarici görünüşü, LED elementlər bazasında T-şəkilli gündüz işıqları, 22 düymlük təkər diskləri və yeni formalı işıqdiod fənərləri ilə seçilir. Daha aqressiv dizayn üçün xüsusi modernizasiya paketi təklif ediləcək.

XC90 mühərrik qammasına Drive-E ailəsindən iki benzin və iki dizel mühərriki daxildir. Birincilər 320 (400 Nm) və 254 (350 Nm) at gücü, ikincilər isə 225 (470 Nm) və 190 (400 Nm) at gücü hasil edirlər. Zirvə versiyası hibrid güc qurğusu əldə edəcək. Aqreqatların toplam hasilatı 400 a.g. və 640 Nm fırlanma anıdır.

Volvo XC90 kabinəsinə yeddi nəfərədək adam yerləşir. Bundan əvvəlki nəsil modeli ilə müqayisədə salonda çox böyük dəyişikliklər baş verib. İndi cihaz lövhəsi rəqəmsaldır, salonun tərtibatında isə yüksək keyfiyyətli materiallardan istifadə edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.