Milli.Az auto.az-a istinadən bildirir ki, 2015-ci ilin "Subaru Impreza"-sı yaxın vaxtlarda satışa çıxarılacaq, lakin bu restaylinqin başqa ölkələr üçün olan modellərə də aid olub olmayacağı və bunun avtomobilin qiymətinə nə dərəcədə təsir edəcəyi hələlik məlum deyil. Qabaqdan radiator barmaqlığı, baş işığının fənərləri və bamper dəyişilib ki, bu da yapon sedanına idman üslubu əlavə edib.
Bundan başqa, avtomobildə yeni xromlaşdırılmış dekorativ qoymalar, arxada kiçik spoyler və diodlu mərkəzi stop-siqnal meydana gəlib. Rahat 6,2 düymlük sensorlu displey məlumat-əyləncə sistemini idarə eməyə imkan verir.
Əvvəllər belə bir displeyin olmamasına görə sonuncu nəsil "İmpreza"-nın ünvanına çoxlu tənqidlər gəlmişdi. Standart işıqlandırmada avtomobil həmçinin arxa görünüş kamerası və kruiz-kontrola malikdir.
Avtomobilin səs izolyasiyası yaxşılaşıb və daha enli şüşələr meydana gəlib, daha bahalı versiyalarda isə sükanda və cihaz panelində olan idarəetmə düymələrini dəyişdilər.
Əlavə məbləğə EyeSight paketi və salona açarsız daxilolma sistemi də sifariş vermək olar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.