Milli.Az auto.az-a istinadən bildirir ki, beşqapılı avtomobil dəyişilmiş qabaq və arxa bamperlər, fərqli radiator barmaqlığı və yeni duman əleyhinə fənərlər alıb. Bununla yanaşı, hetçbek 15-, 16- və 17-düymlük yeni dizaynlı alüminium təkər diskləri ilə də təklif ediləcək.
Yeniliyin salonunda ventilyasiya sisteminin kənarlarında xromlaşdırılmış əlavələr, o cümlədən audio sistem üçün təkmilləşdirilmiş idarəetmə paneli peyda olub.
Restaylinq olunmuş "Rio"-nun əlavə ləvazimatlar siyahısına 7-düymlük sensor displeyi olan yeni nəsil multimedia dəsti daxildir. Hetçbekin mühərriklər qammasına 1,4 və 1,6-litr həcmi olan 75-dən 109-a qədər at gücü verən 4 benzin mühərrik daxildir.
Bütün mühərriklər "start-stop" sistemi ilə təklif edilir. Sürət qutusu - 5- və ya 6-pilləli "mexanika", o cümlədən 4- və ya 6-pilləli "avtomat". Yenilənmiş "Kia Rio" gələn ildən Avropada satışa çıxarılacaq.
Daha sonra "sedan" banı olan restaylinq olunmuş model gözlənilir.
Milli.Az