Apple və ucuz maşınlar

30 Sentyabr 2014 20:56
Ən böyük elektronika istehsalçısı və Apple-ın əsas tərəfdaşı olan Çinin Foxconn şirkəti ucuz elektrik avtomobillərinin kütləvi buraxılışına hazırlaşır.

Foxconn şirkətinin direktoru Terri Qu deyib ki, elektrik avtomobillərinin istehsalı Şansi əyalətində yerləşən iki zavodun istehsal obyektlərinə həvalə ediləcək. Layihəyə artıq təxminən beş milyard yuan (təxminən 811 milyon dollar) sərmayə qoyulub.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Terri Qu vəd verib ki, elektrik avtomobilinin qiyməti 15 min dolları ötməyəcək. Texniki xarakteristikaları hələ ki məlum deyil.

Qeyd edək, Çində elektrik avtomobillərinin hazırlanması ilə bir neçə kiçik şəxsi müəssisə məşğul olur. Çin hakimiyyəti 2020-ci ilədək vətəndaşlarının əksəriyyətini elektrik avtomobilinə əyləşdirmək niyyətindədir.

Milli.Az